» Materiallar Aprel 2014 il

 
 
 

İCMANIN KÖNÜL RAHATLIĞI

baxılıb: 502

  • Tarix: 8-04-2014, 13:44
  • Biləsuvar rayonunun Bəydili icması da AzKİL-lə əməkdaşlıq etmiş icmalar arasında yer alır. Rayonun ikinci böyük kəndi olan, mərkəzin 5 kilometrliyində yerləşən və 6.800-ə yaxın insanın məskunlaşdığı icmanın əsas sıxıntısı səhiyyə xidməti göstərəcək doğru-düzgün tibb ocağının olmaması idi. 40-cı illərdən qalma inzibati idarə binası "Tibb məntəqəsi" adını daşısa da "Adı var, özü yox" deyimi sanki buradan "ilhamlanmışdı". Sağlıq problemi olanlar rayon mərkəzinə, paytaxt xəstəxanalarına yollanmaqdan başqa çarə tanımırdı. Problem isə olduğu kimi qalır, həllinə cəhd göstərilmirdi...

    Bölmələr: ugur hekayeleri

     

    YOLLA YENİDƏN DOĞUŞ

    baxılıb: 336

  • Tarix: 8-04-2014, 13:43
  • 200 illik tarixə malik olan Mollavaizli kəndinin (Saatlı rayonu) üz-üzə qaldığı problemləri arasında kənddaxili yolların bərbadlığı məsələsi hər zaman gündəmdə idi. Əsası 2002-ci ildə qoyulan və 2.000-ə yaxın əhalisi olan kənd icması indiyədək gücü yetdiyi qədər müəyyən işlər görmüş və bu fəaliyyətlər sayəsində səfərbərliyin bünövrəsini hazırlamışdı.Yol məsələsinin həlli üçün isə müxtəlif təşkilatlarla dəfələrlə bir araya gəlinsə də, birgəlik baş tutmamış, nəticədə icma sakinlərində bu tip qurumlara inam tamamilə öləzimişdi. AzKİL-ə də inamsızlıqla əməkdaşlığa gələn icma sonucda ümidinin təpədən-dırnağa doğrulacağını, həyata baxışının dəyişəcəyini, özünəinamla dolub daşacağını ağlına belə gətirmirdi.­

    Bölmələr: ugur hekayeleri

     

    DİRİLİK SUYU

    baxılıb: 550

  • Tarix: 8-04-2014, 13:42
  • Suyun qarşısını kəsən divlə mübarizə aparan qəhrəmanlardan bəhs edən nağılları hər kəs yaxşı xatırlayır. Bu nağıllarda susuzluqdan zillət çəkən əhali su üçün canlarını belə qurban verirdi. Muğan-Salyan zonasının Saatlı rayonunda yerləşən, 1810 nəfər əhalinin məskunlaşdığı Kamallı icmasının sakinləri də 30 ilə yaxın idi ki, suvarma su qıtlığı kabusunu aşa bilmirdi. Torpaqlar, əkin sahələri və bağların bağrı susuzluqdan yanır, sovet dövründən qalma ibtidai qurğu tələbatı ödəyəmədiyindən quraqlıq hökmünü sürdürürdü.

    Bölmələr: ugur hekayeleri

     

    ŞƏFALI GÜNLƏRƏ SALAM

    baxılıb: 480

  • Tarix: 8-04-2014, 13:40
  • Biləsuvar rayonunun Aşağı Cürəli icmasında da köhnə əyyamın dərin izləri hiss olunmaqda idi. İcmanın yolu tamamilə dağılmış və yararsız hala düşmüşdü. Qışda dizə qədər qalxan palçıq, yayda nəfəs almağa imkan verməyən toz dumanı, yeriyərkən diqqət tələb edən dərin çalalar yolun yarıtmazlığından xəbər verirdi.

    Bölmələr: ugur hekayeleri

     

    ƏRƏB ICMASININ SEVINC MƏNBƏYI

    baxılıb: 457

  • Tarix: 8-04-2014, 13:39
  • O gün Ağdaş rayonunun Ərəb icmasında toy-bayram əhvalı vardı. Uzun illərdən bəri davam edən problemə nəhayət son qoyulmuşdu. Çox bəsit sağlamlıq məsələsi ilə bağlı başqa kəndlərə, rayona üz tutmaq ərəblilər üçün bundan belə tarixə qarışırdı. Artıq sağlıqlarının keşiyində duracaq, rahatlıqla müraciət edəcək və "bizim" deyə biləcəkləri tibb ocaqları vardı. İstifadəyə verilən "Tibb məntəqəsinin tikintisi" layihəsi bu gündən etibarən onların ixtiyarında idi...

    Bölmələr: ugur hekayeleri