Müdriklərin qərinələri aşıb reallığını günümüzə qədər qoruyub saxladığı bir deyim var: “El bir olsa, dağ oynadar yerindən.” Eli də birliyə çağıran, ağrısını, acısını duyan, onun dərd- sərindən xəbərdar olan, dar ayaqda, çətin məqamda dadına yetən gərək. Beləsidir hər elin, obanın, mahalın, hər icmanın güvənci, iftixarı. Elə sizə tanıtmaq istədiyimiz İftixar Hüseynov kimi.