» Materiallar 08.04.2014

 
 
 

EL BIR OLSA DAĞ OYNADAR YERİNDƏN

baxılıb: 904

  • Tarix: 8-04-2014, 13:50
  • Müdriklərin qərinələri aşıb reallığını günümüzə qədər qoruyub saxladığı bir deyim var: “El bir olsa, dağ oynadar yerindən.” Eli də birliyə çağıran, ağrısını, acısını duyan, onun dərd- sərindən xəbərdar olan, dar ayaqda, çətin məqamda dadına yetən gərək. Beləsidir hər elin, obanın, mahalın, hər icmanın güvənci, iftixarı. Elə sizə tanıtmaq istədiyimiz İftixar Hüseynov kimi.

    Bölmələr: ugur hekayeleri

     

    RƏVAN İCMASINA APARAN YOL DA RƏVANDIR

    baxılıb: 629

  • Tarix: 8-04-2014, 13:49
  • ...Mart ayının sonları olmasına baxmayaraq hava cox soyuq və şaxtalıydı.Yolumuz başı qarlı dağlar qoynunda yerləşən səfalı Gədəbəy rayonunun İnəkboğan kəndinə idi. Mərkəzi yoldan sol tərəfə-üzü kəndə doğru yönələn yolun ensiz və inanılmaz dərəcədə bərbad olması ucbatından kəndin mərkəzinə böyük cətinliklə çatdıq. Şaxtalı hava burada bizi səbirsizliklə gözləyən kənd sakinlərınə əngəl ola bilməmişdi...

    Bölmələr: ugur hekayeleri

     

    İLK ADDIMIN SEVİNCİ

    baxılıb: 489

  • Tarix: 8-04-2014, 13:47
  • AzKİL-in Şimal-Qərb zonasında da infrastruktur yönündəki, kənd ərazilərində həyat şəraitinin yaxşılaşdırılması sahəsindəki təqdirəlayiq fəaliyyəti Bərdə rayonunun bütün icmalarında olduğu kimi Piyadalar icmasında da böyük maraq doğurmuşdu.Qonşu kəndlərin AzKİL ilə əməkdaşlıq edərək öz problemlərini həll etdiyini görən icma sakinləri AzKİL-ə müraciət etmək qərarına gəldilər.Piyadalar icmasının sakinləri də illər boyu problemlərdən əziyyət çəkmiş, lakin səfərbərliyə meylli olduğundan bir sıra işlər həyata keçirməyi bacarmışdı. Son illər isə insanlar sanki birləşərək problemləri həll etməyi unutmuş və bu unutqanlıq onları çətinliklərə üzləşdirmişdi.

    Bölmələr: ugur hekayeleri

     

    İCMANIN İFTİXARI

    baxılıb: 522

  • Tarix: 8-04-2014, 13:46
  • Göygöl rayonunda bir icma var - Şəhriyar icması. Dahi şairimiz Şəhriyarın adını daşıyan bu icma qədim tarixə malikdir. Adı dəfələrlə dəyişdirilən və sonda nəinki Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarından məcburən çıxarılan köçkünlərə, eləcədə hazırda mənfur "qonşu" ərazisində olan torpaqlarımızdan qovulan azərbaycanlı bacı-qardaşlarımıza, eyni zamanda Özbəkistan və Qırğızıstandan vətənimizə pənah gətirmiş türklərə yurda, ocağa çevrildi. Qismən də olsa fərqli adət-ənənələrə malik, ancaq eyni dərdə düçar olmuş insanların birgə məskunluğu, idarə olunması heç də həmişə asan olmurdu...

    Bölmələr: ugur hekayeleri

     

    İCMANIN KÖNÜL RAHATLIĞI

    baxılıb: 512

  • Tarix: 8-04-2014, 13:44
  • Biləsuvar rayonunun Bəydili icması da AzKİL-lə əməkdaşlıq etmiş icmalar arasında yer alır. Rayonun ikinci böyük kəndi olan, mərkəzin 5 kilometrliyində yerləşən və 6.800-ə yaxın insanın məskunlaşdığı icmanın əsas sıxıntısı səhiyyə xidməti göstərəcək doğru-düzgün tibb ocağının olmaması idi. 40-cı illərdən qalma inzibati idarə binası "Tibb məntəqəsi" adını daşısa da "Adı var, özü yox" deyimi sanki buradan "ilhamlanmışdı". Sağlıq problemi olanlar rayon mərkəzinə, paytaxt xəstəxanalarına yollanmaqdan başqa çarə tanımırdı. Problem isə olduğu kimi qalır, həllinə cəhd göstərilmirdi...

    Bölmələr: ugur hekayeleri

     
    Geri İrəli