» Materiallar Mart 2011 il

 
 
 

AzKİL 2 - ƏTRAF MÜHİT ÜZRƏ İDARƏETMƏ PLANININ İCTİMAİYYƏTƏ AÇIQLANMASI

baxılıb: 425

  • Tarix: 11-03-2011, 21:57
  • Regional infrastrukturun davamlı inkişafı sahəsində prioritet layihələrin hazırlanması, onların müzakirə, qəbul və gerçəkləşdirilməsində milli sərvətimizin ən qiymətli komponenti olan ətraf mühitin mühafizəsi və bərpası, onun çirklənməsinin azaldılması, ekoloji təhsil, maarifləndirmə məsələlərinə işıq tutan, AzKİL-in ekologiya sferasındakı siyasətinin bariz göstəricisi olan ətraf mühit seminarları qarşıya qoyduğu "İkinci AzKİL Ekoloji İdarəetmə Planı"nın ictimaiyyətə tanıtmaq missiyasını da müvəffəqiyyətlə yerinə yetirdi, əməkdaşlıq edilən icmaların, yerli icra və bələdiyyə orqanlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmə, QHT nümayəndələrini bir araya gətirərək bu silsilə tədbirlərin əhəmiyyətliliyini bir daha təsdiq etdi.

    Bölmələr: main

     

    AzKİL 2- nin EKOLOJİ İDARƏETMƏ PLANI HAZIRLANMIŞDIR

    baxılıb: 422

  • Tarix: 7-03-2011, 21:35
  • Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar uğurlu nəticələr verməkdədir. Bu baxımdan xüsusi olaraq Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafını qeyd etmək lazımdır. Son illər qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilən proqramlar sırasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin önəmli yeri var.

    Azərbaycan Hökuməti və Dünya Bankı arasında olan razılaşmaya əsasən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən genişmiqyaslı İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin Azərbaycan Kənd İnvestisiya Layihəsinin mövcud zonalarına daxil olmayan yeni 11 rayon da əlavə olmaqla ölkənin bütün rayonlarında reallaşması planlaşdırılır.

    Layihəyə əlavə edilmiş yeni ərazilərdə ekoloji cəhətdən həssas obyektlər olduğu üçün (Milli Parklar, Dövlət Qoruqları və s.) icma layihələrinin seçimi barədə qərarvermənin təkmilləşdirilməsi məqsədi ilə İkinci AzKİL Ekoloji İdarəetmə Planı hazırlanmışdır.

    Bölmələr: main