» Materiallar Dekabr 2010 il

 
 
 

Bacarıqların artırılması üzrə Regional Konfranslar

baxılıb: 357

  • Tarix: 9-12-2010, 21:32
  • Noyabr - dekabr aylarında AzKİL Layihə İdarəetmə Qrupu Köməkçi Heyəti Naxçıvan, Şimal və Şimal-Qərb zonalarında Bacarıqların Artırılması üzrə növbəti Regional Konfranslar təşkil etdi."Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən il ərzində bir dəfə hər layihə zonasında keçirilən Bacarıqların artırılması üzrə Regional Konfranslar işini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar münasibətlərin yaradılması və davamı, qarşılıqlı yararlanma zəminində qurmaqdadır. AzKİL-in önəmli fəaliyyət istiqamətlərindən olan İcma Şəbəkəsinin tərkibində müstəsna mövqeyə sahib Bacarıqların artırılması üzrə Regional Konfranslarda icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək tədbir iştirakçıları ilə bölüşür, icma inkişafı sahəsində bilik və bacarıqlarını artırırlar

    Bölmələr: main