» Materiallar Aprel 2010 il

 
 
 

Azərbaycan Kənd İnvestisiya Layihəsinin möhtəşəm zəfəri

baxılıb: 539

  • Tarix: 19-04-2010, 00:00
  • Bu günlərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin Layihə İdarəetmə Qrupuna Dünya Bankının AzKİL üzrə Tapşırıq Qrupunun rəhbəri Satoşi İşihara tərəfindən təbrik məktubu ünvanlanmışdır. S.İşihara cənabları AzKİL-in Şərqi Avropa və Mərkəzi Asiya regionunda həyata keçirilən yüzdən artıq layihə içərisindən “Insanların həyatının yaxşılaşdırılması” müsabiqəsinin namizədləri siyahısına salındığını və nəticədə qaliblər arasında yer tutduğunu bildirərək, Layihənin rəhbərlik və əməkdaşlarını bu münasibətlə səmimi qəlbdən təbrik etmiş, onun Dünya Bankında mükəmməl, uğurlu layihə kimi tanındığını vurğulamışdır.

    Bölmələr: main