» Materiallar Fevral 2010 il

 
 
 

Bacarıqların Artırılması üzrə Regional Konfranslar

baxılıb: 403

  • Tarix: 4-02-2010, 13:46
  • Əməkdaşlıq etdiyi icmaların şəbəkəsini genişləndirmək "Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin önəmli fəaliyyət istiqamətlərindəndir. İşini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar əlaqələrin yaradılması, qarşılıqlı yararlanma zəminində quran icma şəbəkəsinin tərkibində əhəmiyyətli yer tutan Bacarıqların artırılması üzrə Regional Konfranslar il ərzində bir dəfə hər layihə zonasında AzKİL-in dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən və icmalar üçün keçirilir. AzKİL ilə əməkdaşlıq edən icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək konfrans iştirakçıları ilə bölüşür, bu sahədə bilik və bacarıqlarını artırırlar.

    Bölmələr: Press reziler

     

    Bacarıqların Artırılması üzrə Regional Konfranslar

    baxılıb: 490

  • Tarix: 4-02-2010, 00:00
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi “Azərbaycan Kənd İnvestisiya Layihəsi” əhatə etdiyi Şimal, Şimal-Qərb, Naxçıvan MR iqtisadi zonalarında Bacarıqların artırılması üzrə Regional Konfranslar təşkil etdi. İcma inkişafı sahəsində biliklərin əldə edilməsi, təcrübələrin bölüşdürülməsi, bacarıqların artırılmasını hədəfləyən bu silsilə tədbirlər yüksək fəallıq şəraitində baş tutmuş, uğurla həyata keçirilən ”Icma şəbəkələşməsi” proqramına növbəti layiqli töhfə olmuşdur.

    Bölmələr: main