» Materiallar 18.09.2009

 
 
 

Şamaxıda Ətraf Mühit seminarı

baxılıb: 690

  • Tarix: 18-09-2009, 13:20
  • AzKİL-in Ətraf mühit silsiləsindən cari ilin ”İcma layihələrinin ətraf mühitə təsiri” başlıqlı ikinci seminarı Şimal bölgəsinin Şamaxı şəhərində keçirildi. Seminarın açılışında çıxış edən AzKİL-in direktor müavini, Bacarıqların artırılması və İcma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional nümayəndəsi Sabir Məmmədov, Şimal Qərb zonası Proqram mütəxəssisi Akif Kərimov, AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayeva təbii sistemlərin mühafizə edilməsi və ətraf mühitin müvafiq keyfiyyətdə qorunub saxlanması, icmalarda sağlam ətraf mühitə qarşı məsuliyyətin yaranması, sosial infrastruktur layihələrin həyata keçirilməsində ətraf mühit problemləri barədə məlumat, biliklərin artırılmasına xidmət göstərən bu silsilə seminarların önəmliliyini qeyd edərək AzKİL-in ekoloji siyasətinin əsas istiqamət və yanaşma prinsiplərindən söhbət açdılar.

    Bölmələr: Press reziler