» Bacarıqların Artırılması üzrə Regional Konfranslar (Muğan-Salyan zonası)

 
 
 

Bacarıqların Artırılması üzrə Regional Konfranslar (Muğan-Salyan zonası)

Baxılıb: 723

  • Tarix: 28-04-2014, 16:06
  • Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən növbəti tədbir 25 aprel, 2014-cü il tarixdə Muğan-Salyan zonasının Masallı şəhərində keçirildi. 30-dan cox icmanın (Hişgədərə, Çaxırlı, Miyankü, Əhmədli, Pambəhi, Gülməmmədli, Bəydili, Bolsulu, Yuxarı Qaramanlı) 100-ə yaxın nümayəndəsinin iştirak etdiyi tədbirin aşılışında AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Muğan-Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminova çıxış etdilər, icma inkişafı sahəsində biliklərin əldə edilməsi, təcrübələrin bölüşdürülməsi, bacarıqların artırılmasının böyük əhəmiyyətliliyini vurğuladılar. AzKİL2-nin fəaliyyətini əks etdirən filmin nümayişinin ardından tədbir iştirakçılarının icmalarda gerçəkləşdirilən layihələr, texniki icra mərhələsi zamanı mənimsənilmiş təcrübə və öyrənilmiş dərslərə bələd olmalarını hədəfləyən və paralel qruplar halında keçirilən sessiyalar işinə başladı.



    Qrup sessiyalarında İlahə Bağırova (Masallı rayonu, Şərəfə icması, İQ sədri) "Hökumət qurumları ilə əməkdaşlıq" və Əfqan İbrahimovun (Türkoba icması, İQ sədri) "İcma layihəsində sosial qrupların iştirakı" mövzularındakı təqdimatları konfrans iştirakçılarının nəzərinə çatdırıldı.



    2448 nəfər nəfər əhalinin yaşadığı Şərəfə icmasını konfransa tanıdan İ.Bağırova icmada daha öncə həyata keçirilmiş Kəndarası yolların təmiri və Eelektrik sisteminin bərpası (CHF), Məktəbin təmiri, Uşaq bağçasının təmiri, Məscidin təmiri,Yolun bərpası, İcma mərkəzinin hazırlanması (icmanın daxili imkanları hesabına) layihələri haqqında danışdı, icmanın səfərbərlikdən öncəki və sonrakı durumunu təsvir etdi. İcma lideri icmada AzKİL2-nin maddi dəstəyi ilə həyata keçirilmiş və uğurla başa çatdırılmış "Tibb məntəqəsinin tikintisi" layihəsi haqqında söhbət acdı. Dövət qurumları ilə əməkdaşlığın əhəmiyyətindən bəhs olundu, icma sakinləri arasında yaranan inam, sənədləşmənin vaxtında və uğurlu aparılması, layihə yerinin müəyyənləşdirilməsində istiqamətləndirilmənin düzgünlüyü, əlavə töhfənin təşkili, layihədən sonra avadanlıq, digər ehtiyacların təşkili kimi xüsuslardan danışıldı. İcma lideri icma qrupunda dövlət qurumlarının təmsilini, birgə əməkdaşlığı, töhfənin təşkilində əməkdaşlığı, icrada bütün qurumların fəallığı, qruplararası inteqrasıyasını, düzgün lider seçimini isə qazanılan uğurlar olaraq qiymətləndirildi.



    Digər qrupun təqdimatçısı Ə.İbrahimov 2789 nəfər insanın yaşadığı Türkoba icmasının tarixi haqqında məlumat verdi, burada əsas məşğuliyyət sahələrinin heyvandarlıq və əkinçilik olduğunu bildirdi. İcmada AzKİL2-nin maddi dəstəyi ilə uğurla həyata keçirilmiş Tibb məntəqəsinin tikintisi layihəsi haqqında danışan təqdimatçı sosial qrupların səfərbərlikdə iştirakının əhəmiyyətini (inamın yaranması, maarıfləndirilmə, məsuliyyət bölgüsü, sosial qruplararası inteqrasiya, problem təhlili, gələcək planlaşdırılmaya təsir) açıqladı, layihədən faydalananların düzgün müəyyənləşdirilməsi, əmək töhfəsinin təşkilindəki fəal iştiraklılıqdan bəhs etdi. İcma lideri sosial qrupların bütün mərhələlərdə iştiraklılığının təminini, layihənin bütün sosial qrupları əhatə etməsini, eləcə də icma fondunun yaradılmasında bu qrupların nəzərə alınmasını qazanılan uğurlar olaraq dəyərləndirdi.



    Paralel qruplar halında keçirilən sessiyalardan sonra çatdırılan təqdimatlar ətrafında müzakirələr aparıldı. Təqdimat müzakirələrində icma nümayəndələrindən Nizami Fətullayev (Masallı rayonu, Hişgədərə icması, İQ sədri), Xudaqulu Tahirov (Miyankü icması, İQ sədri), Hümbət Cəfərov (Sığdaş icması, İQ sədri), Qənimət Mahmudova (Biləsuvar rayonu, Yuxarı Ağalı icması, İQ üzvü), Xanım Kərimova (Neftçala rayonu,Yuxarı Qaramanlı icması, İQ üzvü), Şəhla Nəsirova (Beşdəli icması, İQ üzvü), Şirəli Məmmədovv (Sabirabad rayonu, Kürqırağı icması, İQ sədri), Məlikşah Şimşəkov (Saatlı rayonu, Varxankənd icması, İQ sədri) və başqaları müzakirə nəticələrini icmaların gələcək fəaliyyətində tətbiq etmək üçün tövsiyyələr hazırladılar, təqdimatçılara onları marqlandıran suallar ünvanladılar.



    Fasilitatorlar Nigar Həsənova, Rövşən İmanov, Yeganə Məmmədova, Yenigül Gülmalıyevanın qrup işlərinin nəticələri barəsindəki məlumatları dinlənildi. Konfransın qiymətləndirilməsi bölümündən sonra AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən cari ilin ilk tədbirini yekun nitqi ilə sona çatdırdı.

    Bacarıqların Artırılması üzrə Regional Konfranslar   (Muğan-Salyan zonası)

    Bacarıqların Artırılması üzrə Regional Konfranslar   (Muğan-Salyan zonası)

    Bacarıqların Artırılması üzrə Regional Konfranslar   (Muğan-Salyan zonası)

    Bölmələr: ---