» Bu gün Masallı rayonunun Sığdaş icmasında "İçməli su təminatı" layihəsinin açılışı oldu

Bu gün Masallı rayonunun Sığdaş icmasında "İçməli su təminatı" layihəsinin açılışı oldu

Baxılıb: 2819

  • Tarix: 28-04-2014, 16:04
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin gerçəkləşdirdiyi növbəti icma layihəsinin açılış mərasimi 24 aprel, 2014-cü il tarixdə Masallıa rayonunun (Muğan-Salyan) Sığdaş icmasında düzənləndi. Əsas məşğuliyyət sahəsinin kənd təsərrüfatı, bitkiçilik, meyvəçilik, tərəvəzçilik və heyvandarlıq olan, Masallı rayon mərkəzindən 15 km. məsafədə yerləşən Sığdaş icmasında AzKİL2-nin maddi dəstəyi ilə icrası müvəffəqiyyətlə tamamlanmış və 3240 nəfər əhalinin (kişi:47,3%, qadın:52,7%) bəhrələnəcəyi “İçməli su təminatı” layihəsi çərçivəsində uzunluğu 5000 m. olan plastik və polad borulardan ibarət içməli su xəttiı çəkilmiş, bir hovuz, bir bulaq tikilmişdir. Əsas su sisteminin qurulması nəticəsində içməli su təminatının yaxşılaşması, sakinləri ekoloji təmiz su ilə təmin etməklə yanaşı, əlavə xərclərin də qarşısını almış, ailə büdcələrində qənaətə rəvac vermişdir. Mövcud olan sosial obyektlər və dövlət qurumlarının, o cümlədən məktəb, tibb məntəqəsinin içməli su təminatının yaxşılaşması icmada yüksək-əhval ruhiyyə yaratmışdır. Məktəbdə dərsə davamiyyət 19% artmış, əsasən də məktəbəqədər və məktəb yaşlı uşaqların sağlamlıq göstəriciləri yüksəlmişdir.

    Uğurla həyata keçirilən “İçməli su təminatı” layihəsinin açılış mərasimində İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Muğan-Salyan RƏO Proqram mütəxəssisi Fəridə Eminova, İFAD Layihələrinin direktoru Vüqar Mehdiyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov, Azərbaycan Kənd Bələdiyyə Assosiasiyasının sədri Əli Mehdiyev çıxış etdilər, icmanın sakinlərini ürəkdən təbrik edib, onların sevinclərinə şərik olduqlarını dilə gətirdilər. Masallı rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov, Sığdaş icması İQ sədri Hümmət Cəfərov, kənd ağsaqqalı Dadaş Məmmədov AzKİL2-yə bu layihənin ərsəyə gəlməsində göstərdiyi əvəzsiz xidmətə gorə minnətdarlıqlarını bildirib, onun fəaliyyətini alqışladılar. Açılış lentinin kəsilməsinin və istismara verilən layihəyə birgə baxışın ardından kəndin özfəaliyyət ansamblı rəngarəng konsert proqramı ilə çıxış etdi. Tədbirdə iştirak edən televiziya kanalları əməkdaşlarının hazırladıqları reportajlar həmin axşam yayımlandı.

    Bölmələr: ---