» İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit Seminarı (Muğan Salyan zonası)

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit Seminarı (Muğan Salyan zonası)

Baxılıb: 776

  • Tarix: 28-04-2014, 16:00
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin növbəti Ətraf Mühit Seminarı 25 aprel, 2014-cü il tarixdə, Muğan Salyan zonasının Masallı şəhərində keçirildi. Tədbirdə əməkdaşlıq edilən 30-a yaxın icmanın (Ətcələr, Xıl, Mahmudavar, Tatyanoba, Tüklə, Yeni Zuvand, Zövlə, Sahil, Qaranuru, Musalı və s.) 100-dən çox nümayəndəsi, yerli icra və bələdiyyə orqanları rəsmiləri, AzKİL İdarəetmə Qrupu bir araya gəldi. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktor müavini, Bacarıqların Artırılması və İcma inkişafı üzrə menecer Gülbəniz Qənbərova AzKİL2-nin Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən Əlavə Maliyyələşmə mərhələsində olduğunu və bu məqsədlə Layihənin İdarəetmə Qrupu və Dünya Bankının AzKİL2 üzrə Tapşırıq qrupunun Ətraf Mühit İdarəetmə Planını işləyib hazırladığını, hal-hazırda bu sənədin geniş ictimaiyyətə açıqlanması prosesinin getdiyini söylədi. Çıxışda AzKİL2 İdarəetmə Qrupu tərəfindən Respublika regionlarında geniş yığıncaqlar, seminar və konfranslar təşkil edildiyi və yeni işlənmiş planın təqdimatının apardıldığı, sənəd ətrafında gedən müzakirələrdə iştirakçıların çoxsaylı suallarının cavablandırıldığı açıqlandı. AzKİL2 Muğan Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminova icma layihələrinin həyata keçirilməsi prosesində ətraf mühitə zərər vura biləcək təsirlərdən qorunmaq məsələlərini, bu sahədəki problemlərin həllinə yönəlmiş biliklərin mütəmadi olaraq artırılmasının labüdlüyünü gündəmə gətirdi.



    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit üzrə məsləhətçisi, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov AzKİL2-nin Ətraf Mühit üzrə İdarəetmə Planını konfransa tanıtdı, bu sferada üzləşilən ümumi təsirlər, idarəetmə sisteminin komponentləri, bölmələrindən bəhs etdi. Ardından "İqlim dəyişmələrinə yönəldilmiş prioritet istiqamətlər, adaptasiya istiqamətində təklif edilən metodologiya və əldə edilən müsbət nəticələr" mövzusunda təqdimatını çatdırdı. T.Zeynalov gözlənilən iqlim risklərinin su resursları, kənd təsərrüfatı, əkin sahələri, heyvandarlıq otlaqlarına, eləcə də, təbii fəlakətlər və insan sağlamlığına göstərdiyi təsirdən bəhs etdi, həyata keçirilməsi vacib olan adaptasiya metodlarını sadaladı. Ekoloq Azərbaycanda baş verən iqlim dəyişmələrinə dair AzKİL2-nin icma layihələrinin icrasında tətbiq etdiyi adaptasiya tədbirlərinin nəticələrini açıqladı. Qlobal iqlim dəyişmələrin səbəbləri, nəticələri haqqında danışan ekoloq, geni dəyişdirilmiş toxumların insan sağlamlığına göstərdiyi fəsadları da diqqətə yetirdi.



    T.Zeynalov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 oktyabr, 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamla iştirakçıları tanış etdi. Ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasının zəruriləşdirdiyini söyləyən T. Zeynalov, hazırda bu istiqamətdə müsbət təcrübələrin mövcudluğunu bildirdi. Təqdimatçı ölkəmizin əlverişli təbii şəraiti sayəsində kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikliyi nöqteyi-nəzərindən bundan tam istifadənin labüdlüyünü açıqladı. Qlobal iqlim dəyişmələri mövzusunda filmin nümayişndən sonra icma səviyyəli Ətraf Mühit məsələlərinə dair müzakirələr və sual-cavab bölməsi yer aldı.Təqdimat ətrafındakı müzakirələrdə Rahim Əliyev (Maasllı rayonu, Ətcələr icması, İQ sədri), İsa İbadov (Mahmudavar icması, İQ sədri), Göyçək Ələsgərova (Təzə Alvadı icması, İQ sədri), Toğrul Məmmədli (Öncəqala icması, İQ sədri), Əlirza Cahangirov (Sabirabad rayonu, Sahil icması, İQ sədri), Tofiq Şıxıyev (Saatlı rayonu, Musalı icması, İQ sədri), Hüseyn İsmayılov (Lənkəran rayonu, Zövlə icması, İQ sədri) daha fəal iştirak edərək bu qlobal məsələlər ilə bağlı təklif və rəylərini çatdırdılar.



    T.Zeynalov seminar iştirakçılarının suallarını cavablandırıb, bu istiqamətdə hər kəsi duyarlı və həssas olmağa çağırdı. Tədbirdə iştirakçılara "İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ekoloji Siyasətində Maarifləndirmə" seriyasından T.Zeynalovun müəllifi olduğu İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində icma layihələrinin həyata keçirilməsi zamanı Ətraf Mühitin İdarə Edilməsinin yeni variantı, Geni Dəyişdirilmiş Məhsullara rədd cavabı verin!, İqlim dəyişmələri barədə, Ağac ək-təbiətə və özünə hədiyyə et!, Təbiətdə yaşıllıqların rolu, Dendroterapiya-təbiətdən enerjini al! adlı kitabça və broşurlar, informasiya vərəqələri paylanıldı. Konfransın qiymətləndirilməsi hissəsindən sonra G.Qənbərovanın yekun nitqi ilə tədbir işini başa vurdu.

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit Seminarı   (Muğan Salyan zonası)


    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit Seminarı   (Muğan Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit Seminarı   (Muğan Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit Seminarı   (Muğan Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit Seminarı   (Muğan Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit Seminarı   (Muğan Salyan zonası)

    Bölmələr: ---