» İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı (Düzən-Şirvan zonası)

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı (Düzən-Şirvan zonası)

Baxılıb: 1705

  • Tarix: 8-03-2014, 22:09
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi "İcma layihələrində gender iştirakı" mövzusundakı növbəti regional konfransını 07 mart, 2013-cü il tarixdə Düzən-Şirvan zonasının Göyçay şəhərində təşkil etdi. Ucar, Yevlax, Göyçay, Ağdaş rayonlarının 20-dən çox icmasının (Qazyan, Bərgüşad, Səmədabad, Malbinəsi, Kürdəmiş, Cəyirli, Qaraxıdır, Ərəş, Yaldili, Qarabaqqal, Nemətabad və s.) 80-ə yaxın nümayəndəsi, bələdiyyə orqanlarının nümayəndələri tədbirdə iştirak etdilər.

    AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova “İcma layihələrində gender iştirakı” konfransının çox mühüm və önəmli bir günə - 8 mart Beynəlxalq Qadınlar Bayramı ərəfəsinə təsadüf etməsinin əlamətdarlığını dilə gətirərək, tədbirin zərif cins iştirakçılarının timsalında bütün azərbaycan qadınlarının bayramını təbrik edib, onlara can sağlığı, ailə səadəti, sülh və əminamanlıq arzuladı. G. Qənbərova fəaliyyətə başlanılan müddətdən günümüzə qədər gender bərabərliyi çərçivəsində həyata keçirilən işləri özətlədi, bu sahəyə yetirilən diqqətin gələcəkdə də artırılacağını bildirdi. Daima inkişafda olan cəmiyyətdə sosioloji fərq olan cinsin dəyişikliyə uğraya bildiyini, qadın və kişilərin ictimai həyatdakı rolunun nisbətinin keçmişə nəzərən daha da təkamülləşdiyini diqqətə çatdırdı. Şimal-Qərb zonası üzrə Proqram Mütəxəssisi Xudayar Gülmalıyev icma inkişafında cender məsələlərinin daşıdığı önəmdən, onu ərsəyə gətirən faktorlardan danışaraq AzKİL2-nin bu sferadakı həssasiyyatı, ölkəmizdə və dünyada qadın məfhumunun əyarı, onun hüquq, mövqe, xüsusiyyətləri barəsində söhbət açdı. AzKİL2-nin regionda fəaliyyət göstərdiyi dövr ərzində gender sahəsinin hər zaman müstəsna mövqe daşıdığını, icmalarla əməkdaşlıqda bu vazkeçilməz amilə daima önəm verildiyini qururla bildirdi. Göyçay rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Rəşad Şükürov, RİHB-nın humanitar məsələlər üzrə müavini Rəxşəndə Rəcəbova zonada aparılan quruculuq işlərində qadınalrın iştirakından, regionların sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olan AzKİL2 ilə qurulan əməkdaşlıqdan danışdılar.

    Təqdimatlar bölümündə İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri Ziba Quliyevanın “Qadınların ictimai həyatda rolu” mövzusunda çıxışı dinlənildi. Birliyin əsas fəaliyyət istiqamətinin qızların və qadınların maarifləndirilməsi, onların sosial-iqtisadi inkişafına töhfə vermək olduğunu bildirən təqdimatçı indiyə qədər bu sferada 100-ə qədər  layihənin reallaşdırıldığını, müxtəlif mövzularda (erkən nikah, sağlamlıq maarifi və s.) maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırdı.Təqdimat müxtəlif dövlət və ictimai idarəetmə səviyyələrində qərarların hazırlanması və qəbulunda qadınların iştirakı, siyasi, iqtisadi, ictimai formalara məxsus qadın liderliyi ilə davam etdirilidi. İnsan hüquqlarının ayrılmaz hissəsi olan qadın hüquqları, cəmiyyətdə qadınlara münasibət, dində qadının rolundan danışan təqdimatçı icmada qadın liderliyi, rolu və vəzifələri barəsində də ətraflı məlumat verdi.Təqdimatda ictimai və şəxsi həyatın müxtəlif sahələrində hər iki cinsin imkanlarının, iştirakının bərabər səviyyəsinin təzahürü olan “Gender bərabərliyi”nə geniş yer ayrıldı. Bu sahədə məqsədin cəmiyyətin həyatında qadınların və kişilərin tam iştirakına inam və zəmin yaratmaq olduğu bildirildi.

    AzKİL2 Köməkçi Heyətinin Baş Təlimçisi Tünzalə Hacıyeva "AzKİL-də Lider qadınları rolu" mövzusunda təqdimat etdi. Əməkdaşlıq edilən zonaların 50-yə yaxın qadın liderindən bəhs olunan təqdimat qadınların səfərbərlik, təlim, çarpaz görüş, icma şəbəkəsi, tamamlanmış layihələrin açılışı və digər fəaliyyətlərdəki iştirakını geniş əks etdirdi. Burada iştiraklılıq, icma qrupunun gücləndirilməsi, informasiya yayımı, təlim və bacarıqların artırılması, qonşu icmalardakı qadınlarla əməkdaşlıq, icma yönümlü mərasimlərin yüksək səviyyədə təşkilindən bəhs olundu. Həssas qrupların cəlbində qadınların rolu, iştiraklı yanaşma, problemin seçimi zamanı həmfikirlilik, icma layihəsinin planlaşdırılması, layihə təklifi və büdcənin düzgün hazırlanması, layihə təqdimatında iştirak, icma fondu və onun genişləndirilməsi, əmtəə töhfəsinin icmanın daxili resurslarına uyğunlaşdırılması və bu kimi proseslərdəki uğurları da diqqətə çatdırıldı.

    Qadın və kişilərdən ibarət iki paralel qrupda "Ailədə və icma inkişafında qadınların rolu", və "Ailədə və icma inkişafında kişilərin rolu" başlıqları altında qrup işləri keçirildi. Qrup işlərində gender bərabərliyinin vacibliliyinin icma üçün əsas ehtiyac olduğu və bu bu ehtiyacın ödənilməməsinin icma inkişafının bir sıra mərhələlərində ciddi problemlər doğura biləcəyi qeyd edildi. Bildirildi ki, genderlə bağlı təbliğat işləri və metodların əsas məqsədi qadınların icmada rolunun düzgün izah olunmasına xidmət etməlidir. İcmada təmsil olunma, qadınların rifahının yaxşılaşması, problemlərin birgə obyektiv həlli, öz problemini özü həll etmək, iştirakçılıq kimi vacib amillər deməkdir. Hər hansı bir layihənin seçilməsində və işlənib hazırlanmasında qadınların yaxından iştirakının həm layihələrin keyfiyyətini, həm də faydalanma dəyərini artırır kimi xüsuslar qrup işlərində irəli sürülən əsas müddəalar oldu.İcmalarda gender inkişafına dəstəyin daha da artırılması, xüsusən qadınlarda özünəinam hissinin yüksəlməsi yönündə tədbir və maarifləndirmə işlərinin genişləndirilməsi, yerli idarəetmə orqanları ilə icmalar arasında əməkdaşlıqda qadınların fəal iştirakı üçün verilən imkanların çoxalması arzu edildi. Qrup işlərinin plenar təqdimatlarında Gülüş Rəhimova (Yevlax rayonu, Ərəş İQ sədri) və  Hidayət Əliyev (Ucar rayonu, Qazyan İQ üzvü) çıxış etdilər.

    Xaliq Məmmədov (Ucar rayonu, Bərgüşad İQ sədri), Mədinə Məmmədova (Qazyan İQ müavini), Akif Məmədov (Yevlax rayonu, Səmədabad İQ sədri), Nərminə Həsənova (Yaldilli İQ sədri), Lyuba Zeynalova (Balçılı İQ üzvü), Qiymət Əliyeva (Nemətabad İQ üzvü), Cümşüd Cahangirov (Göyçay rayonu, Kürdəmiş İQ sədri), Xuraman Rəhmanova (İQ üzvü), İslam Rüstəmov (Qarabaqqal İQ sədri) konfransın işində daha fəal iştirakları ilə seçildilər. Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfrans G.Qənbərovanın yekun nitqi ilə sona çatdı.

    Bölmələr: ---