» İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransları start aldı (Şimal zonası)

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransları start aldı (Şimal zonası)

Baxılıb: 2253

  • Tarix: 6-03-2014, 22:08
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi 05 mart, 2014-cü il tarixdə "İcma layihələrində gender iştirakı" mövzusunda Şimal zonasının Qəbələ şəhərində regional konfrans təşkil etdi. Qaysa, Abjit, Şərif, Yengiyan, Qandax, Püştəbala, Həmzəli, Tülü, Muğanlı, Faldarlı, Nuran, Uzuntala, Şotavar, Ləkit, Tasmalı və digər əməkdaşlıq edilən icmaların, bələdiyyə orqanlarının nümayəndələri tədbirdə iştirak etdilər. Konfrans demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan Respublikasının qadın hüquqlarının gündən-günə genişləndirilməsi yönündə həyata keçirdiyi dəyərli fəaliyyət sferasına AzKİL2-dən layiqli töhfə oldu.

    Açılışda İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Qəbələ rayon icra hakimiyyətinin baş məsləhətçisi Zahid Əfəndiyev, hüquqşünası Pakizə Abbasova, Şimal zonası üzrə Proqram mütəxəssisi Akif Kərimli çıxış etdilər. Konfransın özəyi-ictimai və inkişaf proseslərində qadın və kişilərə həvalə olunan ictimai cəhətdən formalaşmış vəzifələri, eləcədə onların hüquq, öhdəlik, fəaliyyətlərindəki tarazlığın təminini mündəricə edən gender bərabərliyi çıxışlarda əks olundu. İcma layihələrinin həyata keçirilməsində qadın iştirakının artırılmasına nail olmağın AzKİL2-nin fəaliyyət strategiyasının əsas hədəflərindən olduğu, bu sferanın önəmli komponentlərindən sayılan iştiraklılığa yetirilən diqqətin daima diqqət mərkəzində tutulduğu qeyd edildi.

    Təqdimatlar bölümündə ilk olaraq “İnkişaf Təşəbbüsləri” İctimai Birliyinin sədri Ziba Quliyevanın “Qadınların ictimai həyatda rolu” mövzusunda çıxışı dinlənildi. Birliyin əsas fəaliyyət istiqamətinin qızların və qadınların maarifləndirilməsi, onların sosial-iqtisadi inkişafına töhfə vermək olduğunu bildirən təqdimatçı indiyə qədər bu sferada 100-ə qədər  layihənin reallaşdırıldığını, müxtəlif mövzularda (erkən nikah, sağlamlıq maarifi və s.) maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırdı. Təqdimat müxtəlif dövlət və ictimai idarəetmə səviyyələrində qərarların hazırlanması və qəbulunda qadınların iştirakı, siyasi, iqtisadi, ictimai formalara məxsus qadın liderliyi ilə davam etdirilidi. İnsan hüquqlarının ayrılmaz hissəsi olan qadın hüquqları, cəmiyyətdə qadınlara münasibət, dində qadının rolundan danışan təqdimatçı icmada qadın liderliyi, rolu və vəzifələri barəsində də ətraflı məlumat verdi.Təqdimatda ictimai və şəxsi həyatın müxtəlif sahələrində hər iki cinsin imkanlarının, iştirakının bərabər səviyyəsinin təzahürü olan “Gender bərabərliyi” geniş yer tutdu. Bu sahədə məqsədin cəmiyyətin həyatında qadınların və kişilərin tam iştirakına inam və zəmin yaratmaq olduğu bildirildi.

    AzKİL2 Köməkçi Heyətinin Baş Təlimçisi Tünzalə Hacıyeva "AzKİL-də Lider qadınları rolu" mövzusunda təqdimat etdi. Əməkdaşlıq edilən zonaların 50-yə yaxın qadın liderindən bəhs olunan təqdimat qadınların səfərbərlik, təlim, çarpaz görüş, icma şəbəkəsi, tamamlanmış layihələrin açılışı və digər fəaliyyətlərdəki iştirakını geniş əks etdirdi. Burada iştiraklılıq, icma qrupunun gücləndirilməsi, informasiya yayımı, təlim və bacarıqların artırılması, qonşu icmalardakı qadınlarla əməkdaşlıq, icma yönümlü mərasimlərin yüksək səviyyədə təşkilindən bəhs olundu. Həssas qrupların cəlbində qadınların rolu, iştiraklı yanaşma, problemin seçimi zamanı həmfikirlilik, icma layihəsinin planlaşdırılması, layihə təklifi və büdcənin düzgün hazırlanması, layihə təqdimatında iştirak, icma fondu və onun genişləndirilməsi və bu kimi proseslərdəki uğurları da diqqətə çatdırıldı.

    Qadın və kişilərin hüquq, öhdəlik, gördüyü işlər və s. sahələrdə tarazlığın təmini, gender, gender və cins, gender bərabərliyi mövzularındakı məlumatlar iştirakçıların qatıldığı interaktiv çalışmalarla vəhdət şəraitində keçdi.

    Təqdimatlardan sonra iki paralel qrupda "Ailədə və icma inkişafında qadınların rolu", və "Ailədə və icma inkişafında kişilərin rolu" başlıqları altında qrup işləri start aldı. Hər iki qrup işində bioloji (fərqli bədən üzvləri, bioloji funksiyaların birləşdiyi fiziki fərq), sosioloji (qadın və kişilərin icmanın və ya cəmiyyətin həyatında tutduğu mövqe, oynadığı rol) cinslərdən ibarət iki qolu əhatə və tədqiq edən cenderin cəmiyyətdə cinslərarası qarşılıqlı münasibətlər, eyni zamanda qadın və kişilərin cəmiyyətin həyatında, idarə olunmasındakı rolu, vəzifələri, bu sahə ilə bağlı digər məsələlər əhatə olundu. Paralel qrupun iştirakçıları qadın və kişilərin cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərmələrinə baxmayaraq, onların ictimai və məişət fəaliyyətlərinin sıx əlaqəsi, hər iki cinsin bir-birindən asılılığı, bu asılılığın və cəmiyyətin inkişafındakı birgə iştirakın hər iki tərəf üçün eyni və ya uyğun şəkildə tarazlanmasının vazkeçilməzliyini yekdilliklə irəli sürdülər.

    Ardından keçirilən qrup işlərinin plenar təqdimatlarında Meysarat Qaysayeva (Balakən rayonu, Qaysa İQ üzvü), Rəşid Allahverdiyev (Qax rayonu,  Şotavar İQ sədri) çıxış etdilər. Təqdimatlarda qadın və kişilərin icma inkişafındakı, ailədəki rolları haqqında ətraflı danışıldı, qadınlarla bağlı məsələlər barədə qərar qəbul edilməsində onların iştirakının vacib, bəzi layihə və problemlərə yalnız qadınların gözü ilə baxmağın əhəmiyyətliliyi xüsusilə qeyd olundu. Ailədə uşaqların tərbiyəsində kişilərdən ziyadə qadınların əsas rol oynaması, ailələrdən ibarət olan icmada, bu kiçik qurumun idarə olunmasında qadınların vəzifəsinin əsaslığı, bəzi spesifik mühafizə tədbirlərinin (ailə planlaşdırılması, qadın sağlamlığı, yeniyetmə qızlarla iş və s.) məhz onların iştirakı ilə baş tutmasının hər zaman diqqət mərkəzində durması edilən təqdimatların ana xəttini təşkil etdi.

    Adilə Hacıyeva (Balakən rayonu, Şərif İQ sədri), Aftandil Məmmədov (Təzəkənd İQ sədri), Tahirə Rüstəmova (Zaqatala rayonu, Qandax İQ sədri), Rauf Şabanov (Uzuntala İQ sədri), Xuraman Şabanova (Kəpənəkçi İQ üzvü), Mürvət Kərimov (Oğuz rayonu, Böyüksöyüdlü İQ üzvü), Simarə Babayeva (Qəbələ rayonu, Həmzəli İQ sədri), Bəsti Aydınova (Qax rayonu, Tasmalı İQ sədri), Əzizə Qurbanova (Şotavar İQ sədrinin müavini) daha fəal iştirakları ilə diqqət çəkdilər.

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin əməkdaşlıq etdiyi icmalarda inkişafa xüsusi təsir edən insanlar olan qadınların fəaliyyəti üçün yaratdığı zəruri şərait, imkan, spesifik xüsusiyyətlərə malik olan qadın resursundan öncəliklə və daima istifadə etmək təşəbbüsü arzu, təklif və rəylər bölməsində hamılıqla təqdir olunan və alqışlanan xüsuslardan oldu. Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfransı yekun nitqi ilə G.Qənbərova başa çatdırdı.

    Bölmələr: ---