» İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma Layihələrinin Dayanıqlığı" konfransları start aldı (Muğan-Salyan zonası)

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma Layihələrinin Dayanıqlığı" konfransları start aldı (Muğan-Salyan zonası)

Baxılıb: 808

  • Tarix: 25-02-2014, 00:46
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma Layihələrinin Dayanıqlığı" konfransları start aldı  (Muğan-Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma Layihələrinin Dayanıqlığı" konfransları start aldı  (Muğan-Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma Layihələrinin Dayanıqlığı" konfransları start aldı  (Muğan-Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma Layihələrinin Dayanıqlığı" konfransları start aldı  (Muğan-Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma Layihələrinin Dayanıqlığı" konfransları start aldı  (Muğan-Salyan zonası)


    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi 10 fevral, 2014-cü il tarixdə Saatlı rayonunda (Muğan-Salyan zonası) “İcma layihələrinin dayanıqlığı” mövzusunda konfrans təşkil etdi. Tədbirdə Sabirabad, Saatlı, Beyləqan, Ağcabədi, Neftçala, Biləsuvar rayonlarının 35-ə yaxın icmasından 70-dən çox nümayəndə bir araya gəldi. Konfransın məqsədi 2005-2014-cü illər ərzində həyata keçirilmiş icma layihələrinin istismar və dayanıqlıq məsələləri, təbii fəlakətlərin icma layihələrinə təsirinin aradan qaldırılması yollarının və s. müzakirəsi, tamamlanma prosesindən sonra layihələrin daha yaxşı qorunması istiqamətində aparılan fəaliyyətlərin təqdimi, bu sferada müzakirələrin təşkili və icmalararası qarşılıqlı təcrübə mübadiləsinin aparılması idi. Açılışda AzKİL2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Dünya Bankının AzKİL2 üzrə Task Meneceri Daniel Ouen, Sabirabad rayon icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Vahid Həsənov, AzKİL2 Muğan-Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminovanın çıxışları dinlənildi.

     

    Konfransın Təqdimatlar bölümündə AzKİL2 Muğan-Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminova və AzKİL2-nin Baş mühəndisi Mobil Verdiyevin “Texniki və təşkilatı dayanıqlıq” mövzusunda birgə təqdimatları dinlənildi. Dayanıqlıq anlayşı və onun vacibliyi haqqında məlumat verən F. Eminova 2005-2012-ci illər ərzində 133 icma ilə edilən əməkdaşlıq (15 təkrar ), AzKİL 2 çərçivəsində isə 2012-ci ildən günümüzə qədər 115  icma (12 təkrar-9 Saatlı, 3 Sabirabad) ilə baş tutan əməkdaşlıqdan söhbət açdı.

     

    Proqram mütəxəssisi icmalarda uğurla həyata keçirilmiş “Yolun təmiri” (Sabirabad rayonu, Türkədi icması), “Əlavə sinif otaqlarının tikintisi”, “Yolun bərpası”(Qalağayın icması), “Məktəbin dam örtüyünyn dəyişdirilməsi”(Cavad icması), “Tibb məntəqəsinin tikintisi”(Mürsəlli içması), “Məktəbin təmiri layihəsi”(Saatlı rayonu, Varxankənd icması), “Drenaj sisteminin təmizlənməsi”(Soltanabad icması), “Drenaj kanallarının təmizlənməsi”, “Yolun bərpası” (Xanlarkənd icması), “Yolun bərpası”(Əhmədabad icması), “Yolun təmiri”, “Tibb məntəqəsinin tikintisi”(Qarayevkənd içması), “Yolun bərpası”, “Drenaj kanallarının təmizlənməsi”(Şirinbəyli icması), “Tibb məntəqəsinin tikintisi”, “Yolun təmiri”(Biləsuvar rayonu, Bəydili icması), “Tibb məntəqəsinin tikintisi”, “Yolun bərpası”(Yuxarı Ağalı icması) icma layihələrinin dayanıqlığı barəsində ətraflı məlumat çatdırdı.

     

    M.Verdiyev dayanıqlıq və istisamarın tamamlanmış icma layihələrinin yaxın və uzaq gələcəkdəki durumu, keyfiyyəti, istismara yararlığının vəziyyətini, maksimum faydalanma kimi müddəalara əsaslandığını bildirdi. Bu məqsədlə fəaliyyət göstərən komissiyanın dayanıqlıq, istismara aid bütün məsələləri həll etmək, dayanıqlıq planının hazırlanması, dayanıqlıq fondunun hesablanması, vəsaitin yığılması və xərclənməsində yaxından iştirakda məsulluğunu vurğuladı. Dayanıqlığa təsir göstərən amillər, onların mənfi və müsbət xüsusiyyətlərindən bəhs edən təqdimatçının dayanıqlıq planı, sosial-iqtisadi inkişaf həfəfləyən dayanıqlıq fondu, fondun yığılması, saxlanması, xərclənməsi, təhlükəsizlik texnikası barədə də ətraflı məlumatı maraqla qarşılandı.

     

    İcma Təqdimatları hissəsində Sabirabad rayonu, Qalağayın icması, İQ sədri Hacı Telman Qurbanov “İcma layihələrinin isrismarı və dayanıqlığı”, Sabirabad rayonu, Surra icması, İQ üzvü  Mirhabil Səmədov “Təbii fəakətlərin icma layihələrinə təsiri” mövzularında təqdimat etdilər.

     

    6825 nəfər əhaliyə malik Qalağayın icmasının tarixi, ərazisi, əhalisi haqqında söhbət açan Hacı Telman Qurbanov AzKİL2-dən öncə icmada həyata keçirilən “Elektrik sisteminin təmiri” (BXK-2002), “Yolun təmiri” (BXK-2002), “Suvarma kanalının təmiri” (BXK-2003), “Məktəbdə gənclər layihəsi” ( BXK-2003), “Suvarma kanalının təmizlənməsi” (Dalğa-2005) layihələrdən danışdı. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlıq çərçivəsində kənddə müvəffəqiyyətlə baş tutan səfərbərlik prosesi, keçirilən təlimlərdən söhbət açan icma lideri təqdimatını AzKİL2-nin maddi dəstəyi ilə 5 ay müddətində uğurla tamamlanmış “Əlavə sinif otağının tikilməsi”(7 otaq) layihəsi, istismarı və dayanıqlığı, öyrənilmiş dərslər haqqında geniş məlumat ilə davam etdirdi.Təqdimatçı İQ-in düzgün seçimini, ağsaqqallar, ziyalılar, qadınlar, gənclərlə qurulan müvəffəqiyyətli əməkdaşlığı, icmanın yeni layihələr qazanmasını layihənin uğuru olaraq qiymətləndirdi.

     

    İcma lideri AzKİL2 ilə təkrar əməkdaşlıq çərçivəsində 1 ay ərzində ərsəyə gəlmiş “Yolun təmiri” (5200 metr uzunluğunda, 4m. enində yol) layihəsi haqqında da ətraflı məlumat verdi, istismarı zamanı ətfraf mühitə təsiri, layihənin istismarı və dayanıqlığı, icma istismar komissiyasının fəaliyyəti, hüquqi sahibkarlıq və yerli orqanlarla əməkdaşlıqı, layihə ərazisinin ekoloji qiymətləndirilməsi barəsində də danışdı.

     

    Sabirabad rayonu, Surra icması, İQ üzvü Mirhabil Səmədov təqdimatının girişində 2444 nəfərin yaşadığı icmanı konfransa tanıtdı, ardından AzKİL2-dən əvvəl həyata keçirilmiş “Elektrik sisteminin əsaslı təmiri”(CHF-2002) layihəsindən danışdı. AzKİL2 ilə əməkdaşlıq zəminində həyata keçirilən səfərbərlik prosesi, keçirilən təlimlərdən bəhs edən icma lideri AzKİL2-nin maddi dəstəyi ilə 2 ay müddətində uğurla başa çatmış “Yolun bərpası” (5500 metr uzunluğunda, 4m. enində yol) layihəsindən  söhbət açdı. Layihədən əvvəlki vəziyyəti, icra dövrü və layihədən sonrakı durumu konfransa çatdıran təqdimatcı təbii fəakətlərin icma layihələrinə göstərdiyi təsirdən, bu təsirdən mümkün dərəcədə qorunma metodlarını açıqladı. İQ üzvlərinin düzgün seçimini, qadınların yüksək səviyyədə iştirakına nail olmağı, etibarlılıq və aşkarlığın tam təminini layihələrin uğurları olaraq qiymətləndirdi.

     

    M.Səmədov AzKİL2 ilə qurulan uğulu əməkdaşlığın icmaya bəxş etdiyi özünəinam sayəsində bələdiyyənin də yaxın dəstəyi ilə həyata keçirilən fəaliyyətləri - Suvarma kanallarının təmizlənməsi (5 km), Drenaj kanallarının təmizlənməsi (5 km), Əkin sahələrinə gedən yolun qreyderlə hamarlanması (50 km), Kəndarası yolların təmiri (800 m) və üç dini icma ilə birgə qəbirstanlığın təmizlənməsi, hasarlarının rənglənməsini fəxrlə dilə gətirdi.

     

    Təqdimatdan sonra plenar müzakirələrə yer verildi. Çatdırılan təqdimatların interaktiv müzakirə diskussiyasında konfrans iştirakçılarından Sabirabad rayonu, Surra İQ sədri Şirəli Məmədov, Şıxsalahlı İQ sədri Elnur Şıxəliyev,Yaxa Dəllək İQ sədri İlyas Əsədov, Beyləqan rayonu, Örənqala İQ sədri Gülayə Məmədova, Ağcabədi rayonu, Təzəkənd İQ sədri Namət Qasımov, Boyat İQ üzvü Xuraman Sadıqova, Saatlı rayonu, Kamallı İQ sədri Əhliman Teymurov, Neftçala rayonu, Beşdəli İQ üzvü Şəhla Nəsirova və başqaları mülahizə və təklifləri ilə çıxış edib, təqdimatçılara onları maraqlandıran suallar ünvanladılar.

     

    Sual-cavab hissəsi bitdikdən sonra keçirilən konfrans qiymətləndirilməsinin ardından G.Qənbərovanın yekun nitqi "İcma layihələrinin dayanıqlığı" konfransının işini başa çatdırdı.

     

     

     

     

     

     

     

     

     


    Bölmələr: ---