» ARKTN-liyi yanında KTK üzrə Dövlət Agentliyində Ümumxalq hüzn günü-20 Yanvar faciəsinin 24-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir

 
 
 

ARKTN-liyi yanında KTK üzrə Dövlət Agentliyində Ümumxalq hüzn günü-20 Yanvar faciəsinin 24-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir

Baxılıb: 837

  • Tarix: 17-01-2014, 23:18
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində Azərbaycanın müstəqilliyi və ərazi bötüvlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anım günü - ümumxalq hüzn günü - 20 Yanvar faciəsinin 24-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Burada Dövlət Agentliyinin rəhbərliyi və kollektivi iştirak etmişdir.
    Qanlı Yanvara həsr olunmuş anım mərasimində ilk olaraq faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə ilk çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktoru Abbas Allahverdiyev24 il əvvəl sovet imperiyasının Bakıda törətdiyi dəhşətli faciədən, hadisələrin baş verdiyi dövrdə ölkədə yaşanan qarışıqlıqdan, xalqın başına gətirilən müsibətlərdən danışıb. O eyni zamandavurğulayıb ki, xalqın ağır günlərində, 1990-cı il yanvar ayının 21-də Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu aqressiyanı kəskin tənqid etmiş və bunun demokratiyaya, milli azadlıq hərəkatına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirmişdir.
    Həmin faciədən bir neçə il keçməsinə baxmayaraq, yalnız Ulu Öndər Heydər Əliyevin Respublikaya yenidən hakimiyyətə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. Yanvarın20-si – Ümumxalq Hüzn Günü elan edildi.
    Tədbirdə çıxış edən digər əməkdaşlar qeyd ediblər ki, son illər ölkəmizin əldə etdiyi uğurları bir daha onu deməyə əsas verir ki, 20 Yanvar hadisələrində şəhid olmuş vətən övladlarının mübarizələri hədər getməyib və bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban verən şəhidlərimizin və cəsur vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Natiqlər vurğulamışdırlar ki, şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.

    Bölmələr: ---