Qadınlarımızın əldə etdikləri uğurlar bizi çox sevindirir. Belə ki, Avstriya Qızıl Xaç Cəmiyyətinin “Cənubi Qafqazda Təhlükəsiz və Dayanıqlı İcma Quruculuğu” Proqramı çərçivəsində Vyanada ingilis dilində çap olunan aylıq hesabat jurnalında ARZU Qadın İnkişaf Qrupu haqqında geniş məlumat verilmişdir. Avstriya Qızıl Xaç Cəmiyyəti Azərbaycan Qızıl Aypara cəmiyyəti ilə birgə Sumağallı icması ilə iki ildən artıqdır ki, əməkdaşlıq edir. Cəmiyyət icma üçün iki layihə həyata keçirmişdir: “Su xəttinin çəkilişi” və “Körpü tikintisi”.